Baş Polis İdarəsinin qadın əməkdaşı ağır qəzaya düşdü

Gündəm 3 May 2014 13:30 Oxunub 2114
Baş Polis İdarəsinin qadın əməkdaşı ağır qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Solmaz Zeynalovanı işə getmək üçün yolu keçərkən maşın vurub

Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında yolu keçmək istəyən piyada, 52 yaşlı Solmaz Zeynalovanı “Hover” markalı, 99 GF 993 dövlət nömrə nişanlı avtomobil vurub. S.Zeynalova çanaq sümüklərinin hər iki qapağının sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Avtomobilin sürücüsü hadisə yerində olsa da, qəza barədə məlumat vermək istəməyib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. S.Zeynalovanın BŞPBİ-də mülki işdə çalışdığı, hadisənin də işə getmək üçün yolu keçmək istəyərkən baş verdiyi bildirilir.


Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh