Abşeronda avtobusu qəza törətdi, 7 nəfər xəsarət aldı
Gündəm
17 Sentyabr 2017 01:34
Oxunub 797
Sürücü idarəetməni itirərək avtobusu öndə gedən minik avtomobilinə çırpılıb
Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, rayonun Atyalı qəsəbəsi ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək avtobusu önündə gedən minik avtomobilinə (taksi – red.) çırpılıb. Nəticədə 7 nəfər sərnişin xəsarət alıb. Onlardan 6-sı Müşviqabaq qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. Bir nəfərin - 1996-ci il təvəllüdlü Rəsulov Rəsul Mirələm oğlunun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR