Dünyanın ən sürətli elektromobili təqdim olundu - VİDEO

Avtoxəbər 17 Sentyabr 2017 18:40 Oxunub 1454
Dünyanın ən sürətli elektromobili təqdim olundu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektromobil, 0-dan saatda 100 km sürəti 2 saniyədən az vaxta yığır və dünyanın ən sürətli elektromobili hesab edilir

Frankfurt avtosalonu tədbirində Aspark Owl adlı elektrikli hiperkar təqdim olundu. Sözügedən elektromobil, 0-dan saatda 100 km sürəti 2 saniyədən az vaxta yığır və dünyanın ən sürətli elektromobili hesab edilir. Aspark Owl, ümumi 430 at gücündə olan iki elektromühərrik ilə təchiz olunub. Bu, elektromobil üçün o qədər də böyük güc göstəricisi olmasa da, o, çox yüngül karbon gövdəyə sahibdir. Karbon gövdənin öz çəkisi 50 kq, avtomobilin çəkisi isə gövdə ilə birlikdə 850 kq təşkil edir. Elektromobilin çəkisini azaltmaq üçün iki ədəd böyük olmayan və çəkisi az olan batareyalardan istifadə olunub. Onlar tez zaman ərzində enerji yığırlar. Tam enerji ilə dolu vəziyyətdə elektromobil, 150 km yol qətt edə bilir. Aspark Owl-un çıxış tarixi və qiyməti barəsində isə heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, Aspark Owl-dan başqa dünyanın ən sürətli elektromobili adına digər avtomobillər də namizədlik göstərirlər. Məsələn, Tesla Model S, saatda 100 km sürəti, 2.27 saniyə, Lucid Air, 2.5 snaiyə, xarici görünüşcə Aspark Owl-a bənzəyən Nio EP9 isə 2.7 saniyə ərzində yığır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh