Yol polisi qadını Nəvaidən Bakiya çatdırıb həyatını xilas etdi

Yol polisi 17 Sentyabr 2017 20:58 Oxunub 3370
Yol polisi qadını Nəvaidən Bakiya çatdırıb həyatını xilas etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Anar Abdullayev: “Men belə əməlləri Allah xatirinə edirəm”

Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev öz “Facebook” hesabında maraqlı bir status paylaşıb. Statusdan aydın olur ki, DYP-nin Nəvai postunda halı pisləşən bir nəfəri yol polisi əməkdaşı xəstəxanaya çatdıraraq həyatını xilas edib. "Bu avtomobildə xidmət aparan yol polisi inspektorunun adı Anardır. Bilirsiniz bu gün nə edib? Əksəriyyətinizin təxmini doğru deyil. Deməli bu gün rayondan gələn mikroavtobusun sərnişinlərindən birinin DYP-nin Nəvai postunun yanında halı pisləşir. Sərnişinlərin müdaxiləsi nəticə vermədikdə TTY çağrılır. Hansı səbəbdənsə TTY gəlmir. Bu zaman postun polisləri müdaxilə edirlər. Xəstəni içəri aparırlar. TTY-ni gəlməyə məcbur edirlər. Daha sonra inspektor Anar xəstəni anası ilə birgə maşına əyləşdirərək Semaşkoya çatdırır. Yolda iki dəfə halı pisləşən xəstəyə müdaxilə edir, çantalarını özü maşına yükləyib boşaldır. Semaşkoda işləyən qohum həkimdən yardım istəyir və sair və ilaxır. 1 saata yaxın da Semaşkoda müayinə və tibbi müdaxiləni gözləyir. Xəstə qohumları ilə birgə xəstəxananı tərk edəndən sonra isə oradan ayrılır. 

Sadəcə Allah razı olsun belə vicdanlı polisimizdən. "Boş şeydi, mənim də balam var" deyirdi."

Avtosfer.az-ın əməkdaşı həmin inspektorla əlaqə saxlayıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının xüsusi tağımında xdmət edən serjat Anar Abdullayev bildirib ki, həqiqətən də bu gün sərişənlərdən birinin halı pisləşib. O, sərnişini posta dəvət edib və ilkin tibbi yardım göstərib. Təcili yardım gələndə tibbi işçiləri bildiriblər ki, xəstə dərhal Bakıya çatdırılmalıdır. Bundan sonra Anar Abdullayev tağım komandirinə bu barədə məlumat verib və onun icazəsiylə xəstəni və onun yaxınlarını 1 saylı şəhər klinik xəstəxanasına (Semaşko) çatdırıb. Orada çalışan yaxın qohumuna zəng edərək kömək etməsini istəyib. Bundan sonra xəstə dərhal nəzarətə götürülüb və 1 saat ərzində həkimlərin müdaxiləsindən sonra onun vəziyyəti yaxşılaşıb. Xəstənin yaxınları polis əməkdaşına təşəkkür ediblər. 

Anar Abdullayev Avtosfer.az-a bildirib ki, xidmət zamanı belə hallarla tez-tez rastlaşır və bunu öz vəzifə borcu hesab edir. “Mən bunu Allah xatirinə edirəm. Həmçinin polis olaraq insanlara qayğı göstərmək bizim əsas işimizdir. Düşünürəm ki, mənim yerimdə olan hər kəs bu addımı atardı. ”

 

Orxan

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh