Bakı metrosunda dəhşətli anlar və söyüşmə

Gündəm 18 Sentyabr 2017 00:50 Oxunub 1976
Bakı metrosunda dəhşətli anlar və söyüşmə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu azmış kimi xanım sərnişin maşınistin üzünə də tüpürüb

Dünən saat 14:30 radələrində Bakı metrosunda insident baş berib. Belə ki, metronun "28 May" stansiyasında gənc xanımın bir qolu metroya daxil olarkən vaqonun qapıları arasında qalıb. Maşınist hadisədən xəbərsiz olduğu üçün qatarı işə salıb. Vaqonda olan digər sərnişinlər dərhal qadının imdadına çataraq onu xilas ediblər. Bundan bərk qəzəblənən gənc xanım isə metronun "Nizami" stansiyasında düşərək maşınisti təhqir edib. Bu azmış kimi xanım sərnişin maşınistin üzünə də tüpürüb.

Media24.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, maşınist bütün bunların qarşılığında qadına "Çox sağ ol. Hörmətin artıq olsun" deyərək yoluna davam edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh