Hemilton Sinqapur Qran Prisinin qalibi oldu

Yarışma 18 Sentyabr 2017 01:04 Oxunub 1245
Hemilton Sinqapur Qran Prisinin qalibi oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yağış və çox saylı qəzalara görə, yarış 61 dövrə əvəzinə 58-ci dövrədə bitib

"Mercedes" komandasının pilotu Lyuis Hemilton Sinqapur Qran Prisinin qalibi olub. Avtosfer.az-ın məlumatına görə, yarışı ikinci yerdə "Red Bull" komandasının pilotu Daniel Rikyardo, üçüncü yerdə isə "Mercedes"in pilotu Valtteri Bottas başa vurublar. Yağış və çox saylı qəzalara görə, yarış 61 dövrə əvəzinə 58-ci dövrədə bitib.

14 mərhələdən sonra Hemilton 263 xalla liderlik edir. İkinci yerdə 235 xal ilə Sebastyan Fettel qərarlaşıb.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh