Qaşınması tutan sürücü və ya qəzanı belələri törədir – VİDEO

Avtoreyd 18 Sentyabr 2017 09:23 Oxunub 9939
Qaşınması tutan sürücü və ya qəzanı belələri törədir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəfələrdə qayda pozur, təhlükə yaradır, başqalarını saymır, deməli, “avtoş”luq edir

Sentyabrın 11 də Bakıda təhlükəli hərəkətlər edib sürücülərə qəza şəraiti yaradan 90-VH-855 qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az-ın oxucularından birinin kamerasına düşüb. Belə ki, Abdulvahab Salamzadə küçəsində 60 km/saat sürət təşkil olunmasına baxmayaraq bu sürücü hərəkət sürətini aşaraq qarşıdakı avtomobili sağdan ötür. Sonra iki zolağın ortasıyla gedib qarşıdakı avtomobillərin arasından keçmək istəyir. Buna imkan yaranmadığını görən intizamsız sürücü qarşıdakı avtomobillə ara məsafəsini pozaraq ona işıq siqnalı ilə xəbərdarlıq edib yoldan çəkilməyi tələb edir. Sürücü bunun əhəmiyyətsiz olduğunu görüb yenidən hərəkət sürətini aşaraq qarşısındakı avtomobili sağdan ötdü. Ötmə etdikdən sonra sol zolağa keçərək həmin sürücünün qarşısında qəfil əyləci sıxıb acığını çıxır.

Yolda bu cür mədəniyyətsizlik yolverilməzdir. Bu cür intizamsılığın axırı ağır yol nəqliyyat hadisələriylə bitir. Amma görünür ki,bu cür hadisələrdən sürücülər bir nəticə çıxarmır. Bu sürücü isə dəfələrdə qayda pozur, təhlükə yaradır, başqalarını saymır və deməli, “avtoş”luq edir...

Qeyd edək ki, video çəkilən avtomobili qadın sürücü idarə edib. Düzdür, o da yol hərəkəti qaydalarını pozur. Lakin "Mercedes" sürücüsünün onu sıxması, qarşısına keçib tormoz verməsi lap ədəbsizlikdir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Zahir 25 Sentyabr 2017 16:32
Registratquraşdırılmış avtomobilin sürücüsü daha kobud qayda pozuntusuna yol verir. Axı kim bilir Mercedes avtomobili nəyə görə yol istəyir, bəlkə maşında xəstəsi var.Bir də ki, bu cür intizamsız sürücülərin əlindən şəhərdə maşın sürmək mümkün deyil. Belə hərəkətləri ilə başqalarında qıcıq yaradırlar.
Elmar 19 Sentyabr 2017 09:59
Mersedesin surucusu hec de edebsizlik etmir.Bu situasiyada en boyuk edebsizliyi ele ceken masin edir.Onun ne isi var 2 hereket zolaginda ora otme emeliyyati ucundur amma bu camahatin yolunu kesir.Mersedez duz edib.Hele gorun bu insan ne qeder savadsizdi ki, oz sehvini anlamir ve durub bu videonu ictimailesdirir.DYP nin yerine olsam buna emelli basli ceza keserem...