Qaydaları ard-arda "çeynəyən" sürücü - Ölümə gedir - VİDEO

Avtosfer TV 18 Sentyabr 2017 09:24 Oxunub 4431
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özünü və digərlərini nə qədər təhlükəyə atdığının fərqində deyil

Bəzi sürücülər yollarda çəkilmiş ötmə qadağandır işarəsi və xəttinə məhəl qoymurlar. Çoxları bu xətləri mənasız hesab edir və sağdan-sola, soldan-sağa tapdalayaq keçirlər. Amma düz xətt o yerlərdə qoyulur ki, qarşı tərəfi görmə dairəsi məhdudlaşır.

Avtosfer.az-ın daimi oxuculardan biri bu cür qaydaları pozan sürücünün videosunu göndərib. Belə ki, 51 BF 556 dövlət nömrə nişanlı avtomobil qaydaları pozaraq düz xətt çəkilmiş yerdə ötmə əməliyyatı edir. Bununla qalmayaraq yenidən sağ zolağa qayıtmaq əvəzinə sol zolaqla yolunu davam etdirir. Əslində özünü və digərlərini nə qədər təhlükəyə atdığının fərqində deyil. Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh