Ueyn Runi bu gün məhkəmə qarşısına çıxarılacaq

Gündəm 18 Sentyabr 2017 09:47 Oxunub 1186
Ueyn Runi bu gün məhkəmə qarşısına çıxarılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Futbolçu sentyabrın 1-də içkili halda maşın idarə edərkən saxlanılıb

"Mançester Yunayted" futbol klubu və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi məhkəmə qarşısında cavab verəcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, məşhur futbolçu hələ sentyabrın 1-də Vilslouda içkili halda avtomobil idarə edərkən polis tərəfindən saxlanılıb. Ona qarşı sükan arxasında olarkən müəyyən edilmiş alkoqol istehlak limitini aşma ittihamı irəli sürülüb. Futbolçu pul müqabilində sərbəst buraxılıb. Bildirilir ki, U.Runi məhkəmə qarşısına "Mançester Yunayted" - "Everton" matçının ertəsi günü çıxmalıdır.  O, həmçinin İngiltərə millisinde rekord sayda qol vuran futbolçu kimi tarixə düşüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh