Qırmızı işığı saymayan sürücülər - VİDEO

Qaydalar 26 Sentyabr 2017 21:10 Oxunub 1436
Qırmızı işığı saymayan sürücülər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görünür ki, sürücülərin beyni "əşşi rayon yeridir də" prinsipi ilə işləyir

İşıqforun qadağanedici işarəsində keçməyin cəriməsinin 3 bal v 60 manat olduğunu qaydalardan xəbəri olan sürücülər bilir. Bəlkə elə təqdim edəcəyimiz videodakı sürücülərin də bundan xəbəri var. Amma həmin sürücülərin özlərini və digərlərini nə qədər təhlükəyə atdıqlarından xəbərləri varmı? Oxuculardan birinin təqdim etdiyi video Samux rayonunda qeydə alınıb.

Şəhərdaxili yolların birində işıqforun qırmızı işığı yandığı halda 20 CT 654 və 20 DG 941 dövlət nömrə nişanlı avtomobillər buna məhəl qoymur.

Maraqlıdır ki, hər iki avtomobil 4 yol ayrıcında və piyada keçidində bu qaydanı pozur. Görünür ki, sürücülərin beyni "əşşi rayon yeridir də" prinsipi ilə işləyir.  Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh