Bakı avtovağzalında ölüm

Avtoxəbər 4 Dekabr 2014 15:23 Oxunub 1431
Bakı avtovağzalında ölüm
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtovağzal ərazisində ölümlə nəticələnən yol qəzası baş verib

Ötən gün saat 12 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksində ölümllə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avtovağzal ərazisində Abşeron rayon sakini Nadir Babayev idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Qəza nəticəsində sürücü ağır yaralanıb. Sürücünü xəstəxanaya aparıblar. Həkimlərin səyinə baxmayaraq Nadir Babayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Fakta bağlı Binəqədi rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh