Bu sürücü görəsən nə istədiyini özü bilir?  - VİDEO

Avtosfer TV 20 Sentyabr 2017 10:10 Oxunub 5284
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Pozmadığı qayda qalmadı

“Sürən oğlanlar” kateqoriyasından olan sürücülər yollarda qaydalara əmək etməyi “düzgün” hesab etmirlər. Elə oxucularımızdan birinin təqdim etdiyi videoda da analoji hal yaşanır. Görüntülər Gəncə şəhərində qeydə alınıb. Belə ki, 20 DP 338 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil hərəkət zamanı sözün həqiqi mənasında aləmi bir-birinə qatır. Əvvəlcə, ötmə əməliyyatı etməyə çalışır. Sağındakı avtomobili sıxır. Daha sonra qarşı yola çıxır və qarşıdan gələn avtomobilə qəza şəraiti yaradır. Artıq qarşıdakı avtomobillə toqquşacağını görüb yenidən sağ zolağa qayıdır. Bu zaman isə arxadan gələn avtomobilə qəza şəraiti  yaradır. Bütün bunlarla kifayətlənməyən sürücü sonda sola dönmə edərkən sağdan gələn avtomobilləri buraxmır. Kadrlara baxanda bu sürücünün özünün də nə istədiyi bəlli deyil.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Orxan 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh