Bu gün metroda konsert olacaq

Gündəm 18 Sentyabr 2017 10:55 Oxunub 497
Bu gün metroda konsert olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, Milli Musiqi Günü kimi münasibətlə bu gün stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq. Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.

Konsert proqramı aşağıda göstərilən stansiyalarda və vaxtlarda olacaq:

- "İçərişəhər" stansiyası - saat 12:00-13:30;

- "28 May" stansiyası - saat 13:00-14:30;

- "Elmlər Akademiyası" stansiyası - saat 14:00-15:30;

- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) - saat 15:00-16:30.

 

Qeyd edək ki, sentyabrın 18-i Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Bu gün Azərbaycanda həm də Milli Musiqi Günü kimi qeyd edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh