Tala çayı üzərində yerləşən körpü əsaslı şəkildə təmir olunur - FOTO

Gündəm 18 Sentyabr 2017 13:05 Oxunub 880
Tala çayı üzərində yerləşən körpü əsaslı şəkildə təmir olunur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndiriləcək

Zaqatala şəhərində Tala çayı üzərində yerləşən avtomobil körpüsünün əsaslı şəkildə təmiri işlərinə start verilib.  "Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, körpünün təmiri dövlət başçısının “M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində yerinə yetirilir. "Zaqatala şəhərinin ərazisindən axan Tala çayı üzərində yerləşən və ötən əsrin 60-cı illərində inşa edilmiş 132 metr uzunluğundakı körpünün əsaslə şəkildə təmiri işləri zamanı hərəkət hissəsinin genişləndirilməsi üçün müvafiq işlərə də başlanılıb. Layihəyə uyğun olaraq, körpünün eni hər iki istiqamət üzrə 1,5 metr enində genişləndirilərək, hazırkı 9,5 metrdən 12,5 metrə çatdırılacaq. Nəticədə yolun hərəkət hissəsi mövcud 7 metr deyil, 9,5 metr təşkil edəcək.

Bundan başqa, vətəndaşların körpünün kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün 1,5 metr enində piyada səkiləri inşa ediləcək. Yolun hərəkət hissəsi ilə səkilərin arasında xüsusi təkərqaytaran dəmir-beton qoyulacaq, körpünün kənarlarına yeni mühəccərlər quraşdırılacaq. Təmir-tikinti işləri çərçivəsində körpüdə əlavə bərkitmə işləri aparılaraq yükgötürmə qabiliyyəti artırılacaq",- deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, sadalanan işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Hazırda körpü üzərində hərəkət məhdudlaşdırıldığı üçün avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yola yönəldilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh