Metrodakı terrorda şübhəli bilinən iki nəfərdən birinin adı məlum olub  

Gündəm 18 Sentyabr 2017 13:56 Oxunub 616
Metrodakı terrorda şübhəli bilinən iki nəfərdən birinin adı məlum olub   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yəhya Fərrux suriyalı qaçqındır

London metrosunda terror aktının törədilməsində şübhəli bilinən iki nəfərdən birinin adı məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Britaniya KİV-ləri sentyabrın 16-da həbs edilmiş 21 yaşlı Yəhya Fərruxun adının (Yahyah Farroukh) "Parsons Green" stansiyasındakı partlayışa dair işdə hallandığını və onun suriyalı qaçqın olduğunu yazıblar. Qeyd edək ki, sentyabrın 15-də "Parsons Green" yerüstü stansiyasında insanlarla dolu vaqonda partlayış baş verib. Polisin dediyinə görə, partlayıcı qurğu tam işə düşməyib. Terror aktı nəticəsində 30 insan xəsarət alıb. İŞİD terrorçu qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh