Salamzadə küçəsində genişləndirmə işləri aparıldı - FOTO

Yeniliklər 18 Sentyabr 2017 15:27 Oxunub 1105
Salamzadə küçəsində genişləndirmə işləri aparıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib

Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir. Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb. Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh