Eks-nazirin də başına gələn hadisə - Günah öləndədir, ya vuranda?

Yazarlar 18 Sentyabr 2017 15:50 Oxunub 1190
Eks-nazirin də başına gələn hadisə - Günah öləndədir, ya vuranda?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə orqanı isə ittiham tərəfinin mövqeyindən çıxış edir

Azərbaycanda yol qəzalarının əksəriyyətini piyadaların vurulması təşkil edir. Sürücülər isə bu hadisələrdə piyadaların günahkar olduğunu deyirlər. Son vaxtlar artan ölümlərlə nəticələnən piyada vurulmaları bu mövzunu müzakirə üçün aktuallaşdırıb. Artıq bir çox ictimai xadim də vətəndaşların yolu piyada keçidi üçün nəzərə tutulmayan yerlərdən keçmələrini, qaçaraq hərəkət etmələrini və digər qanunsuz hərəkətlərini misal gətirərək bunu qınayırlar.

 

Sentyabrın 16-da Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun da başına oxşar hadisə gəlib. Sərxoş vəziyyətdə olan piyada marşrut avtobusundan düşərək piyada xətti olmayan yerdə yolu keçməyə çalışarkən sabiq nazirin idarə etdiyi avtomobilin güzgüsünə dəyərək yerə yıxılıb. Sonra isə arxadan gələn yük maşını onun üzərindən keçərək ölümünə səbəb olub.

Avtosfer.az xəbər verir ki, bu barədə “qafqazinfo” qanunvericiliyimizin piyadalara hansı səlahiyyət və məsuliyyəti müəyyən etdiyini aydınlaşdırmaq üçün mütəxəssislərə üz tutub. Hansı hallarda ölümlə nəticələnən piyada vurulmasında sürücülər məsuliyyətdən kənarda qala bilər?

Bu suallar ətrafında danışan ekspert Ərşad Hüseynov bildirib ki, Azərbaycanın yol hərəkətini tənzimləyən qanunları müasir Avropa ölkərinin qanunverciliyi ilə eyni səviyyədədir. O qeyd edib ki, qanunlarımız piyadalara kifayət qədər məsuliyyət təyin edib və piyadanın ucbatından baş verən qəzalarda məsuliyyətdən kənarda qala biləcəyi hallar müəyyən olunub. Lakin ekspert onu da vurğulayıb ki, bu məsələlər yalnız rəsmiyyətdə, kağız üzərində belədir. Çünki istintaq və məhkəmə orqanı hadisədə daha çox sürücünü təqsirli çıxarmağa çalışır.

“Qafqazinfo” yol qəzaları baş verdikdən sonra istintaq və məhkəmənin necə davranış nümayiş etdirdiyini açıqlaması üçün vəkil Cavid Rzazadəyə də müraciət edib. Vəkil Rzazadə bildirib ki, Azərbaycanda piyadaların vurulmasından sonra müstəntiqlər öz istədiklərini kimi davranır, müvafiq ekspertiza təyin etmirlər və mütəxəssisləri hadisə yerinə cəlb etmirlər. C.Rzazadə qeyd edib ki, müstəntiqlər günahı daha çox idarəedici olan sürücüdə axtarırlar və istintaq da birtərəfli qurulur. Məhkəmə orqanı isə ittiham tərəfinin mövqeyindən çıxış edir.

 

Bu məsələ ilə bağlı hazırladığımız videomaterialı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh