Sumqayıtda reyd: 20 sürücü cəzalandırıldı -VİDEO

Avtoreyd 18 Sentyabr 2017 16:41 Oxunub 1830
Sumqayıtda reyd: 20 sürücü cəzalandırıldı -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi əməkdaşları şəhər ərazisində reyd keçirib. Avtosfer.az xəbər verir ki, reyd zamanı polisin "saxla" əmrinə tabe olmayan, nəzərdə tutulmayan yerlərdə avtomobillərini saxlayan, sənədsiz maşın idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, hətta polisin iradları ilə razılaşmayan sürücülərə rast gəlinib. Ümumilikdə 20-ə yaxın sürücü barəsində protokol tərtib edilib, 3 avtomobil duracağa təmin edilib. Reyd zamanı cərimələri vaxtında ödəməyən sürücülər də aşkar olunub. Onların barəsində qanuna müvafiq tədbirlər görülüb.

Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.

 

Elmin 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh