"Google" avtonom texnologiyasına 1,1 milyard dollar xərcləyib

Texnologiya 18 Sentyabr 2017 17:45 Oxunub 1233
"Google" avtonom texnologiyasına 1,1 milyard dollar xərcləyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücüsüz avtomobillər bazarı yetərincə perspektivli olacaq

Sürücüsüz avtonom avtomobillərə milyardlar xərclənir. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, "Google" avtonom texnologiyasına ən aşağısı 1,1 milyard dollar xərcləyib. Qeyd edək ki, "Intel" şirkətinin "Strategy Analytics" tədqiqatının nəticələrinə görə, sürücüsüz avtomobillər bazarı yetərincə perspektivli olacaq. Analitiklərin fikrincə, 2050-ci ilədək bazarda illik artım həcmi 2035-ci ildəki 800 milyard dollardan 7 trilyon dollaradək artacaq. Bundan başqa, sürücüsüz avtomobillərin geniş yayılmasına hazır olmayan şirkətlər isə, ümumiyyətlə, kənarda qalmaq riski ilə üzləşə bilərlər. Nəhayət, avtonom nəqliyyat vasitələrindən istifadəyə keçid 10 il - 2035-2045-ci illər ərzində 585 milyon insanın həyatını xilas etməyə imkan verəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh