Bakıda qadın taksi sürücüsü: Bu, özümə də ləzzət elədi – VİDEO  

Yazarlar 18 Sentyabr 2017 17:00 Oxunub 2831
Bakıda qadın taksi sürücüsü: Bu, özümə də ləzzət elədi – VİDEO   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Çünki bu sənətə böyük həvəsim var"

Bakıda Günel adlı sürücü 4 ildir ki, taksi sürdüyünü və başına maraqlı hadisələrin gəldiyini deyir. Avtosfer.az yeniavaz.com-a istinadən xəbər verir ki, Zaqataladan olan sürücü Günel deyir ki, 16 ildir avtomobil idarə edir. “Amma 4 ildir taksi sürücüsü kimi işləyirəm. Ailəmdə icazə vermirdilər, amma taksi sürməyə başladım. Çünki bu sənətə böyük həvəsim var. Ailəm sonradan mənə dəstək oldu”, - deyə Günel bildirib. Onun sözlərinə görə, bu sənətdə çətinliklər çoxdur. “Hər cür adama rast gəlirsən. 4 gün əvvəl sərnişinlərdən biri əsəblərimlə oynadı. Sulutəpəyə gedirdi. Vurub onu avtomaşından saldım. Bu hərəkətimdən xoşum gəldi. Özümə ləzzət elədi”, - deyə sürücü Günel deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh