Külli miqdarda pul çıxartmaq istəyən azərbaycanlı saxlanılıb

Gündəm 19 Sentyabr 2017 09:28 Oxunub 892
Külli miqdarda pul çıxartmaq istəyən azərbaycanlı saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, müntəzəm reys ilə Bakıya uçmaq istəyib

Rusiyadan qanunsuz olaraq küllü miqdarda pul çıxartmaq istəyən azərbaycanlı tutulub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, o, Xantı-Mansiysk gömrük xidmətinin əməkdaşları tərəfindən Surqut hava limanından müntəzəm reys ilə Bakıya uçmaq istəyən zamanı saxlanılıb. Kişi "yaşıl dəhliz"dən istifadə edib ki, bu da onun üzərində bəyan ediləcək malın olmaması anlamına gəlib. Lakin gömrük işçiləri yoxlama apararaq onun yalanının üstünü açıblar: Azərbaycan əsilli şəxsin üzərində 115 min rubl və 10 min ABŞ dolları olub. Qanun pozucusuna qarşı inzibati iş açılıb. Onu bəyan olunmamış böyük məbləğə görə inzibati cərimə gözləyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh