Rusiyada dünya çempionunu öldürən azərbaycanlı könüllü təslim olub

Gündəm 19 Sentyabr 2017 09:56 Oxunub 804
Rusiyada dünya çempionunu öldürən azərbaycanlı könüllü təslim olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov könüllü təslim olub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Vostok-Media” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb. Təqsirləndirilən şəxsə qarşı daha əvvəl məhkəmə tərəfindən qiyabi həbs-qətimkan tədbiri seçilib. Hazırda onun istintaq orqanlarına ifadə verdiyi bildirilir. Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçyov arasında Xabarovskun "Qalereya" kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A.Draçyov xəstəxanada keçinib, A.Allahverənov isə hadisə yerindən qaçıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh