İsveçrədə qatlanan kuryer dron yaradılıb - VİDEO

Texnologiya 22 Sentyabr 2017 18:08 Oxunub 1423
İsveçrədə qatlanan kuryer dron yaradılıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Belə pilotsuz uçan aparatlar gələcək logistikanın əsasını təşkil edir

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin mühəndisləri yük daşıyan və dayanma zamanı ölçüsü kiçildilən bükülən kuryer pilotsuz uçan aparat yaradıblar. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, dronun karkasının karbon lifindən hazırlanması uçan aparatın konstruksiyasını yüngül və möhkəm edib. Məlumata görə, işlək vəziyyətdə zəncirotuna bənzəyən dron 500 qramadək yük daşıya bilir, lakin gələcəkdə bu göstəricinin artırılması planlaşdırılır. Açılıb-yığılan konstruksiya təkcə yükü deyil, aparatın propellerlərini qoruyur, eləcə də enmə zamanı ətrafdakı insanları fırlanan pərlərdən mühafizə etməyə imkan verir. Mütəxəssislərin sözlərinə görə, pilotsuz uçan aparat bir sıra avtonom funksiyalara da malikdir ki, onlara da qurğunun işində ehtiyac duyulur. Onların fikrincə, belə pilotsuz uçan aparatlar gələcək logistikanın əsasını təşkil edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh