Qocalar üçün sürücüsüz avtobusların sınaqları keçirilir

Texnologiya 22 Sentyabr 2017 19:10 Oxunub 1261
Qocalar üçün sürücüsüz avtobusların sınaqları keçirilir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaxın gələcəkdə yaşlı insanların mağaza, bank, tibbi müəssisə və s. yetişmələri üçün oxşar servisdən istifadə edəcəyi ehtimal olunur

Yaponiyada “Robot Shuttle” sürücüsüz avtobuslarının sınaqlarına başlanılıb. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, paytaxt Tokionun 15 kilometrliyində yerləşən Nisikita qəsəbəsinin sakinlərinin təxminən üçdə bir hissəsini ahıl insanlar təşkil edir və avtobus və sürücü sayının məhdud olması səbəbindən onlar mənzil başına çatmaqda çətinlik çəkirlər.

Məlumata görə, məhz bu problemin həlli üçün qəsəbədə “DeNA” şirkətinin altınəfərlik “Robot Shuttle” avtonom avtobusunun testlərinə başlanılıb. Sentyabrda başlanan ilk sınaq zamanı nəqliyyat vasitəsi insanları xüsusi stansiyadan tibbi xidmətlərin göstərilməsi üzrə bələdiyyə kompleksinə çatdırıb.

Bildirilir ki, avtobus saatda 10 km sürətlə hərəkət edib, lakin bir sıra test iştirakçıları onun 40 km/saat sürətlə hərəkət etməsini arzulayıb.

Avtobusun sınaqları müxtəlif yol şəraitində keçirilib, eləcə də avtobusun qarşısından keçən insanların onun xəbərdaredici siqnalına reaksiyası öyrənilib. Yaponiya hakimiyyətinin testin nəticələri əsasında avtomagistrallardakı dayanacaqların sürücüsüz avtobuslar üçün stansiyalara çevrilməsi ilə bağlı qərar qəbul edəcəyi gözlənilir. Yaxın gələcəkdə yaşlı insanların mağaza, bank, tibbi müəssisə və s. yetişmələri üçün oxşar servisdən istifadə edəcəyi ehtimal olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh