Sürücünü döyən hələ də tapılmayıb  

Gündəm 19 Sentyabr 2017 11:41 Oxunub 672
Sürücünü döyən hələ də tapılmayıb   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələ ki, həmin şəxsin kimliyi müəyyən edilməyib

Dünən paytaxtda 135 saylı marşrut avtobusunun sürücüsü Qüdrət Kərimovu döyən şəxs hələ də axtarılır. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi yer 19-cu Polis Bölməsinin ərazisi olsa da, məsələnin ictimai tərəfini nəzərə alaraq işin araşdırılması Nəsimi Rayon Polis İdarəsinə tapşırılıb. Hələ ki, həmin şəxsin kimliyi müəyyən edilməyib, ilkin olaraq bu istiqamətdə əməliyyat aparılır. Bundan sonra isə onun saxlanılması üçün tədbir görüləcək. Qeyd edək ki, sentyabrın 18-də saat 17:30-da Memar Əcəmi metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, “10 TG 034” nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu naməlum sərnişin tərəfindən döyülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh