“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir - VİDEO

Gündəm 19 Sentyabr 2017 11:42 Oxunub 776
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbi aviasiya uçuşlar həyata keçirir

“TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir. Avtosfer.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh