İki avtomobil toqquşdu: xəsarət alanlar var - Şəmkirdə

Qəzalar 19 Sentyabr 2017 12:44 Oxunub 582
İki avtomobil toqquşdu: xəsarət alanlar var - Şəmkirdə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 400 kilometrliyində, Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobilin təkəri partlayıb və idarəetmədən çıxaraq qarşı tərəfdən gələn "VAZ-21011" markalı maşına çırpılıb. Nəticədə "VAZ-2106"nın sürücüsü, 53 yaşlı Əli Sarıyev və onun sərnişini, 56 yaşlı Arif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan birinin vəziyyəti orta-ağır, digərinki isə qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh