Təlimlər zamanı helikopter insanlara raket buraxdı: yaralılar var - VİDEO
Gündəm
19 Sentyabr 2017 14:02
Oxunub 1096
Hadisə Sankt-Peterburq yaxınlığındaLuqa poliqonunda baş verib
Sankt-Peterburq yaxınlığındakı Luqa poliqonunda "Qərb-2017" təlimləri zamanı fövqəladə hadisə baş verib. "Ка-52" helikopteri təsadüfən tamaşaçılara tərəf raket buraxıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tamaşaçılardan iki nəfər yaralanıb.
Mənbənin məlumatına görə, "hava-yer" raketləri ehtiyatsızlıqdan buraxılıb və raketin hissələri jurnalistlərə dəyib. Hadisə zamanı iki nəfər ağır yaralanıb, bir neçə avtomobil yanıb.
İlkin məlumatlara görə, bədbəxt hadisə sentyabrın 17-də və ya 18-də baş verib, bu haqda rəsmi məlumat yayımlanmayıb. Xatırladaq ki, sentyabrın 18-də Rusiya prezidenti Vladimir Putin Luqa poliqonunda olub. Onu müdafiə naziri Sergey Şoyqu müşayiət edib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR