Sürücünü döyən gənclə bağlı – DİN-dən açıqlama  

Gündəm 19 Sentyabr 2017 14:10 Oxunub 4309
Sürücünü döyən gənclə bağlı – DİN-dən açıqlama   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Hələlik həbs edilməyib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir”

Avtobus sürücüsünü döyən şəxsin kimliyinin dəqiqləşdirilməsi və şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir. Avtosfer.az xəbər verir ki, bu sözləri axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı marşrut sürücüsününün sərnişin tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı danışarkən deyib. O.Mansurzadənin sözlərinə görə, sürücünü döyən şəxsin tutulması ilə bağlı deyilənlər yalandır: “Hələlik həbs edilməyib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Qeyd edək ki, dünən saat 17:30-da “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı, 10 TG 034 nömrə nişanlı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlu sərnişin tərəfindən vəhşicəsinə döyülüb. İnsident nəticəsində xəsarət alan sürücü təcili tibbi yardım avtomobili ilə 1 saylı Kiliniki Tibbi Mərkəzə (Semaşka) aparılıb, onun qaşına tikiş qoyulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh