Nazpərinin 50, Elnarənin 110 manat cərimə borcu üzə çıxdı

Gündəm 19 Sentyabr 2017 14:18 Oxunub 834
Nazpərinin 50, Elnarənin 110 manat cərimə borcu üzə çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Yol polisinə minnətdaram ki, qüsur, çatışmayan nəsə olsa da, hörmət edirlər və biz gedirik"

Xalq artisti Nazpəri Dostəliyevanın avtomobili ilə bağlı cəriməsi üzə çıxıb. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, “5-də 5” verilişinin qonağı olan sənətçinin maşınının sığortasının vaxtı keçdiyinə görə 50 manat borcunun olması xəbərini aparıcı Zaur Kamal bildirib. Lakin Nazpəri bununla razılaşmayıb: "Mən yalnız bağa gedəndə maşın sürürəm. Elə vaxt olur ki, heç kim məni görmür. Maşınım oğlumun adınadır. Yalandır, Zaur. Mənim nə radarım var, nə də borcum. Çünki mən şəxsən özüm hər şeyə nəzarət edirəm. Xoşum gəlmir ki, hər hansı qüsur olsun. Yol polisinə minnətdaram ki, qüsur, çatışmayan nəsə olsa da, hörmət edirlər və biz gedirik".

Əməkdar artist Elnarə Abdullayeva isə 2 ildir ki, avtomobilini idarə edə bilmir. Bunu da aparıcı Zaur Kamal “5-də 5” verilişində açıqlayıb: “Elnarənin 7 MMX-sı var. 3-ü qüvvədən düşüb, 4-ü qüvvədədir. Yəqin gözləyir ki, bir il keçsin onlar da qüvvədən düşsün. Elnarəyə bal yazılıb, 110 manat borcu var. Bundan başqa, həyat yoldaşı Elxan bəy ona avtomobili idarə etmək üçün etibarnamə verib. Həmin etibarnamənin vaxtı bitdiyi üçün Elnarə 2 ildir avtomobil sürə bilmir”.

E.Abdullayeva isə Zaurun bu ittihamlarına belə cavab verib: “Mən çox yaxşı maşın sürürəm. 1-2 il var ki, avtomobil idarə etmirəm. Bir dəfə rayona gedəndə Elxan maşını 4 dəfə çevirdi, ondan sonra mən maşın sürmürəm. Mən radara düşməyəndən sonra bu dövlətə o pulu kim ödəyəcək? Dövlət bilir ki, Elnarədə pul batmaz”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh