Deputat stüardessalara güzəştlər tətbiq olunmasını təklif edib

Gündəm 19 Sentyabr 2017 15:40 Oxunub 702
Deputat stüardessalara güzəştlər tətbiq olunmasını təklif edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fiziki yorğunluqları çox olur və dövlət onların qayğısına qalmalıdır

Milli Məclisin deputatı stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsini təklif edib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, stüardessalara xüsusi sosial güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Millət vəkili qeyd edib ki, stüardessalar gərgin rejimdə işləyirlər, fiziki yorğunluqları çox olur və dövlət onların qayğısına qalmalıdır: “Ona görə də xahiş edirəm onların tez pensiyaya çıxmasını, eyni zamanda bir sıra sosial güzəştlərin tətbiq edilməsini özündə ehtiva edən dəyişikliklər edək. Bu, çox vacibdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh