"İrma" və "Mariya" Fransa aviaşirkətini iflic etdi - Reyslər təxirə düşür

Gündəm 19 Sentyabr 2017 16:03 Oxunub 711
"İrma" və "Mariya" Fransa aviaşirkətini iflic etdi - Reyslər təxirə düşür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırda Sen-Marten adasına və əksinə reyslərimiz sentyabrın 30-a qədər təxirə salınb"

Fransanın "Air France" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin dənizaşırı ərazilərinə reysləri təxirə salıb. Avt Trend-in məlumatına görə, bu barədə aviaşirkətin saytında xəbər yerləşdirilib. Məlumatda bildirilir: "İrma" qasırğası ilə əlaqədar aviaşirkətin regionda işi pozulub. Hazırda Sen-Marten adasına və əksinə reyslərimiz sentyabrın 30-a qədər təxirə salınb". Eləcə də aviaşirkət bu gün Puent-a-Pitr və Qvadelupe şəhərlərinə reyslərin ləğv olunması barədə xəbər verib. Qeyd edək ki, bu reyslərin təxirə salınmasının səbəbi isə "Mariya" qasırğası ilə əlaqələndirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh