Salyanda dəhşətli yol qəzası - 4 qadın öldü - YENİLƏNİB - FOTOLAR

Gündəm 19 Sentyabr 2017 22:40 Oxunub 3957
Salyanda dəhşətli yol qəzası - 4 qadın öldü - YENİLƏNİB - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadınlar yol tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olublar

Salyanda 4 nəfərin olümü ilə nəticələnən yol qəzası baş verib. Avtomobillərin toqquşması nəticəsində 4 qadın hadisə yerində dünyasını dəyişib. Yerli sakinlərin sözlərinə görə, qəza nəticəsində yaralananlar da olub.

Sarvan kəndində ağır yol qəzası nəticəsində ölən 4 nəfərin şəxsiyyəti məlum olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəza 18-BX-161 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik maşını ilə 15 BL-860 dövlət qeydiyyat nişanlı "Mercedes"in toqquşması nəticəsində baş verib. Hadisə yerində 4 qadın ölüb. Bunlar soyadları və təvəllüdləri hələ ki, məlum olmayan Vəfa, Gilas, Arzu və Sevincdir. Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib. Qadınlar Ələt-Astara magistral yolunun hələ istifadəyə verilməyən hissəsinin tikintisi ilə məşğul olan şirkətin əməkdaşları olublar.

Qadınlardan 3-ü Salyanın Stansiya yaşayış massivi (20 Yanvar küçəsi), digər biri isə Plastik yaşayış massivinin sakini olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.

Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb. 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh