Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

Qəzalar 19 Sentyabr 2017 20:56 Oxunub 850
Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı iki nəfər xəsarət alıb

Yevlax şəhərində avtobus ilə minik maşını toqquşub. Qəza Yevlax şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (MKTB) məxsus avtobusun "Mazda" markalı avtomobillə toqquşması nəticəsində qeydə alınıb. Nəticədə "Mazda"nın 1984-cü il təvəllüdlü sürücüsü Fuad Zahid oğlu Rəhimov və avtobusun sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda MKTB-də çalışan 10-a yaxın xadimə olub. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Hər iki yaralının vəziyyəti normaldır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh