Moskvada azərbaycanlı gənc qətlə yetirildi - Ürəyindən vurdular - VİDEO

Gündəm 19 Sentyabr 2017 23:45 Oxunub 1665
Moskvada azərbaycanlı gənc qətlə yetirildi - Ürəyindən vurdular - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayəti törədən şəxslər ''Priora'' markalı avtomobillə qaçıblar

Rusiyada azərbaycanlı qətlə yetirilib. Hadisə bir neçə dəqiqə əvvəl Moskva şəhərindəki ''Sodovod'' bazarında, ''Uzbekskaya kuxnya'' restoranında törədilib. Həmyerlilərimizin Criminal.az saytına verdiyi məlumata görə, öldürlən şəxs əslən Şamaxıdan olan gəncdir. Restoranda yeyib-içən tanışlar arasında dava düşüb. Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb. O, hadisə yerində keçinib. Cinayəti törədən şəxslər ''Priora'' markalı avtomobillə qaçıblar. Qatil gedərkən cinayətdə istifadə etdiyi bıçağı restoranın qarşısındakı kanalizasiya quyusuna atıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparır. Bütün ''Priora'' markalı avtomobillər saxlanılaraq yoxlanır. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh