Hava Desant Qoşunlarının komandanı avtomobil qəzasında yaralanıb

Qəzalar 20 Sentyabr 2017 10:10 Oxunub 763
Hava Desant Qoşunlarının komandanı avtomobil qəzasında yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Serdyukovun vəziyyətinin orta-ağır olduğu bildirilib

Rusiya Hava Desant Qoşunlarının komandanı  general-polkovnik Andrey Serdyukov Murmansk yaxınlığında baş verən avtomobil qəzasında xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə  görə, qəza Murmansk vilayətinin Kolski rayonunda baş verib. “Fərdi minik avtomobilinin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çaxaraq hərbi karvanın tərkibində hərəkət edən mikroavtobusla toqquşub”, - deyə məlumatda bildirilir. Qəza nəticəsində  Andrey Serdyukov və onu müşayiət edən hərbçilər xəsarət alıblar. Onlar hərbi hospitala yerləşdiriliblər, onlara artıq tibbi yardım göstərilib. Serdyukovun  vəziyyətinin orta-ağır olduğu bildirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh