Qırmızı işıqdan keçən mopedi avtomobil vurdu: xəsarət alan var - VİDEO

Qaydalar 20 Sentyabr 2017 10:29 Oxunub 2212
Qırmızı işıqdan keçən mopedi avtomobil vurdu: xəsarət alan var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mopedi idarə edən kuryer xəstəxanaya yerləşdirib

Bakıda işıqforun qırmızı işığından keçən mopedi avtomobil vurub, xəsarət alan var. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, dönərxanın kuryeri kimi fəaliyyət göstərən 1997-ci il təvəllüdlü Quliyev Pənah Nizami oğlu idarə etdiyi mopedlə Səməd Vurğun küçəsində işıqforun qırmızı işığından keçib. Həmin vaxt 99-XL-071 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Quliyev İlqar Adil oğlu işıqforun yaşıl ışığından keçərkən mopedə çırpılıb. Nəticədə moped səkiyə çırpılıb və yararsız hala düşüb. Mopedi idarə edən P.Quliyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirib. Minik avtomobilinin sürücüsü İ.Quliyev "Report"a verdiyi müsahibədə bildirib ki, mopedi idarə edən şəxs onun avtomobillə hərəkətinə reaksiya verməyib: "Yəni o, bilərəkdən qəfil yola çıxıb".

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh