Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb

Gündəm 20 Sentyabr 2017 12:09 Oxunub 906
Bakıda avtoyuma işçisi yumağa gətirilən avtomobili qaçırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır

Bakıda avtoyuma işçisi yumaq üçün gətirilmiş avtomobili qaçırıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, hadisə sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən, həmin avtoyuma məntəqəsində işləyən Şərur rayon sakini İsmayıl Yasinli Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb. Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh