Sabaha olan hava proqnozu açıqlanıb

Gündəm 20 Sentyabr 2017 12:15 Oxunub 514
Sabaha olan hava proqnozu açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 40-45% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilr. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh