54 yaşlı qadını motosiklet vurub - Ağstafada

Qəzalar 20 Sentyabr 2017 13:16 Oxunub 731
54 yaşlı qadını motosiklet vurub - Ağstafada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağstafa rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının önündə baş verib. Belə ki, yolu keçmək istəyən rayon sakini, 1963-cü il təvəllüdlü Afət İbrahim qızı Bənnayevanı motosiklet vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh