Xidmət rəisi: "Bakı metrosu sərnişin sayının ikiqat artmasına hazır deyil"

Gündəm 20 Sentyabr 2017 14:15 Oxunub 805
Xidmət rəisi: "Bakı metrosu sərnişin sayının ikiqat artmasına hazır deyil"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Cari ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 7 mln. nəfər artıb"

"Bakı Metropoliteni" QSC sərnişin sayının 2-3 dəfə artmasına hazır deyil". Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev "Caspian European Club"da keçirilən biznes-forum zamanı müvafiq sualı cavablandırarkən bildirib. "Sərnişinlərin sayının 2-3 dəfə artması böyük rəqəmdir. Biz buna hələlik hazır deyilik. Amma sərnişin sayı artdıqca buna müvafiq tədbirlər görəcəyik", - deyə xidmət rəisi qeyd edib. Qurum rəsmisinin sözlərinə görə, cari ilin əvvəlindən ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 7 mln. nəfər artıb: "Təbii ki, sərnişinlərin sayı artdığı üçün biz sentyabrın 18-dən qatarların hərəkətində yeni qrafik tətbiq etdik. Sərnişinlərin sayı artdıqca qatarların sayını və qatarlar arasındakı intervalı tənzimləyirik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh