"Nizami" stansiyasında təmir işlərinin bitəcəyi son tarix AÇIQLANDI

Gündəm 20 Sentyabr 2017 14:28 Oxunub 913
"Nizami" stansiyasında təmir işlərinin bitəcəyi son tarix AÇIQLANDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Stansiyanın təmir işləri bir ildən artıqdır davam edir

Bakı metropoliteninin “Nizami” stansiyasında təmir işləri yaxın günlərdə başa çatacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev deyib. Onun sözlərinə görə, təmir işləri çərçivəsində stansiyanın hər iki platformasında divarlar təmir edilib, eləcə də platformalarda və onların altında təmir işləri aparılıb. Bundan öncə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirmişdi ki, təmir-bərpa işlərinin sentyabrın 15-də başa çatdırılması planlaşdırılır. Xatırladaq ki, metronun "Nizami" stansiyasında təmir işləri bir ildən artıqdır davam edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh