Astarada avtomobil beton maneəyə çırpıldı: 1 yaralı

Qəzalar 20 Sentyabr 2017 14:42 Oxunub 896
Astarada avtomobil beton maneəyə çırpıldı: 1 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
 Faktla bağlı araşdırma aparılır

Astarada avtomobil beton maneəyə çırpılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Yeni tikilən Ələt-Astara-İran yolunun Astara rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Astaranın Şiyəkəran kənd sakini, 1937-ci il təvəllüdlü Əziz Dadaşov özünə məxsus “Nissan” markalı avtomaşınla hərəkətdə olarkən maşın qarşısına çıxan beton maneəyə çırpılıb. Xəsarət alan sürücü  əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb, oradan Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağır sayılır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh