Xaçmazda reyd: 30 sürücü cəzalandırıldı - FOTO

Avtoreyd 20 Sentyabr 2017 16:01 Oxunub 1551
Xaçmazda reyd: 30 sürücü cəzalandırıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oktyabrın 10-dək davam edəcək tədbirlər əsasən təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə keçirilir

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 30 sürücü barəsində inzibati cəza tədbirləri görülüb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdiyi reydlərin məqsədi avtomobilləri sərxoş vəziyyətdə idarə edən və qaydaları pozan sürücüləri aşkara çıxararaq, onların yarada biləcəyi yol-nəqliyyat hadisələrinin qarşısını vaxtında almaqdan ibarətdir. Reyd zamanı avtomobilə əlavə avadanlıq quraşdıran, qadağan olunan yerdə ötmə əməliyyatı edən və sürət həddini aşan sürücülərə daha çox rast gəlinib. Bununla yanaşı, dövlət yol polisi bölməsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı çərçivəsində profilaktik tədbirlərə start verib. Oktyabrın 10-dək davam edəcək tədbirlər əsasən təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə keçirilir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh