Bakı Metropoliteni “Yaşıl” xətti genişləndirir

Gündəm 20 Sentyabr 2017 16:19 Oxunub 907
Bakı Metropoliteni “Yaşıl” xətti genişləndirir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir”

“Bakı metropoliteni” QSC metronun “yaşıl” xəttinin genişləndirilməsi ilə bağlı tikinti işlərinə başlayıb. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev deyib.

Onun sözlərinə görə, yenis stansiyalar üçün ərazi artıq ayrılıb: “Tikinti artıq başlayıb, amma hələlik konkret tarixlər barədə danışmaq tezdir”.

Gələcəkdə metropolitenin “yaşıl” xəttinin dairəvi xəttə çevrilməsi planlaşdırılır. Bununla bağlı olaraq “Xətai” və “Həzi Aslanov” stansiyaları arasında 3 stansiyanın tikilməsi və “Dərnəgül”lə “Həzi Aslanov” stansiyalarının birləşdirilməsi nəzərdə tutulur. Ümumilikdə “Dərnəgül” və “Həzi Aslanov” stansiyaları arasında 9 stansiyanın tikintisi planlaşdırılır.

 

E.İsayev həmçinin qeyd edib ki, Bakı Metropoliteninin “bənövşəyi” xəttində də tikinti işləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh