Rusiya-Azərbaycan sərhədində avtomobil körpüsü tikiləcək

Yeniliklər 21 Sentyabr 2017 09:34 Oxunub 1140
Rusiya-Azərbaycan sərhədində avtomobil körpüsü tikiləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Körpünün uzunluğu 325,3, eni 17,3 metr təşkil edəcək

Rusiyanın Dövlət Ekspertiza Baş İdarəsi ölkənin Azərbaycanla sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikinti layihəsinə müsbət rəy verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, yeni transsərhəd avtomobil körpüsü hazırda fəaliyyət göstərən körpüdən 60 metr məsafədə tikiləcək. Layihəyə əsasən, 1957-ci ildə tikilmiş körpü və ətraf infrastruktur da rekonstruksiya ediləcək. Körpünün uzunluğu 325,3, eni 17,3 metr təşkil edəcək. Körpünün seysmik davamlılığı 9 bala bərabər olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh