Taksi sürücüsünü boğaraq pulunu götürən şəxslərə hökm oxunub

Gündəm 21 Sentyabr 2017 11:39 Oxunub 722
Taksi sürücüsünü boğaraq pulunu götürən şəxslərə hökm oxunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hökmə əsasən, H. Səfərzadə 8 il 6 ay , E. Rəhimov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq və soyğunçuluqda təqsirləndirilən Hüseyn Səfərzadə və Elməddin Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror H. Səfərzadənin 10 il, E. Rəhimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. E.Rəhimov isə son sözündə deyib ki, bundan əvvəl adam öldürüb 9 il cəza alıb, 7 ildən sonra azadlığa çıxıb. O, məhkəmədən yüngül cəza istəyib. H. Səfərzadə isə 6 aylıq qızının olduğunu deyib, ailə vəziyyətinin nəzərə alınmasını istəyib. Daha sonra hökm oxunub. Hökmə əsasən, H. Səfərzadə 8 il 6 ay , E. Rəhimov isə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, onlar taksi sürücüsünə hücum edərək onu iplə boğub, cibində olan 315 manatı götürüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh