Yol qəzası törədən 85 yaşlı sürücü Bakıya köçürüldü

Qaydalar 21 Sentyabr 2017 12:09 Oxunub 1244
Yol qəzası törədən 85 yaşlı sürücü Bakıya köçürüldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəziyyəti ağır olduğuna görə

Sentyabrın 20-də axşam saatlarında Tovuz rayonunda yol qəzasında xəsarət alan 85 yaşlı kişi Bakıya köçürülüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə zamanı xəsarət alan, rayonun Qovlar qəsəbə sakini, 1932-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlunun vəziyyəti ağır olduğundan o, təcili yardım avtomobili ilə Bakıya Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilib. Tovuz rayon Mərkəzi Xəstəxanasında M.Səfərova sol bud sümüyünün yerdəyişmiş sınığı diaqnozu qoyulub. Lakin onun vəziyyəti ağır olduğundan Tovuz rayon Mərkəzi Xəstəxanasında müalicəsi mümkün olmayıb.

Qeyd edək ki, sentyabrın 20-də Tovuz rayonunun Quşçu-Qovlar yolunda, Qovlar qəsəbə sakini, 1932-ci il təvəllüdlü Səfərov Mail Hüseyn oğlu və Abdulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Tural Valeh oğlunun idarə etdiyi "VAZ" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü və M.Səfərovun sərnişini, 1970-ci il təvəllüdlü Tağıyeva Elmira İsfəndiyar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh