Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Qəzalar 21 Sentyabr 2017 12:15 Oxunub 559
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Bakı şəhərində piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıbDaxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sentyabrın 17-də Xırdalan şəhərində “Mercedesmarkalı avtomobillə yolu keçən şəhər sakini Səmayə Ağayeva vurulub və avtomobil qarşıdan gələn, Sənan Əsgərovun idarə etdiyiFordmarkalı avtomobilə çırpılıb. Nəticədə S.Ağayeva hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi zamanı hadisə yerini tərk etməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Orxan Ruzpeykara tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh