Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş videokörpü olacaq

Gündəm 21 Sentyabr 2017 12:19 Oxunub 898
Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş videokörpü olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər il 22 sentyabrda Ümumdünya Avtomobilsiz Günü qeyd olunur

Hər il sentyabrın 22-də dünyada avtomobilsiz bir gün qeyd olunur. Həmin gün "Ümumdünya Avtomobilsiz Günü" adlanır. Bu gündə avtomobil (eləcə də motosiklet) sahiblərinə, heç olmasa bircə gün yanacaqsız nəqliyyat vasitələrindən istifadə etmək təklif olunur. Bununla bağlı bir sıra ölkə və şəhərlərdə xüsusi tədbirlər təşkil olunur. Həmin gün Azərbaycanda, Belarus, Moldova və Qırğızıstanda hansı tədbirlər həyata keçirilir? Bu barədə 22 sentyabr saat 14.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində videokörpü yaradılacaq. Videokörpüdə bu şəxslər iştirak edəcək:

 

Bakıda

 

— "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov

Minskdə

 

— Minsk Velosiped Cəmiyyətinin İdarə Heyətinin sədri, Ətraf Mühitin Mühafizəsi Mərkəzinin əməkdaşı Pavel Qorbunov

Kişinyov və Bişkekdə

 

– nəqliyyat sahəsinin ekspertləri

Əlaqələr:

Telefonlar: 404-13-84/85

E-mail: [email protected]

 

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh